Home KİŞİ MƏTBƏXDƏ Cinsi gücü artıran səməni halvası

Cinsi gücü artıran səməni halvası

359
0
SHARE

Səmənidən hazırlanan şirniyyatlar dadlı olmaqla yanaşı, həm də insan orqanizmi üçün faydalıdır. Kişi Magazine Ailem.az -a istinadən səmənidən hazırlanan müxtəlif şirniyyatların faydaları və hazırlanma qaydası ilə bağlı maraqlı məlumat verir.

Bildirək ki, səməninin tərkibindəki d-tokoferol, yəni E vitamininin miqdarı yüksək olduğundan ondan hazırlanan halvalar antioksidant xüsusiyyətinə malikdir. D-tokoferol hüceyrələri gəncləşdirir, cinsi gücü artırır. Bəzi məlumatlara görə, dənizçilər uzaq səfərə çıxarkən özləri ilə buğda götürürlər. Sonra buğdanı göyərdərək balla qarışdırıb yeyirlər, beləliklə, orqanizmə əlavə vitaminlər daxil olur.

Səməni halvası: 

Səməni halvasını hazırlamaq üçün buğdanın cücərtiləri bir-biri ilə sarmaşandan sonra taxtadan hazırlanmış qabda daş vasitəsilə əzilərək suyu çıxarılır. Beləliklə, şirə əldə olunur. 7 evdən buğda unu gətirərək səməninin şirəsi ilə qarışdırılır. Nəticədə duru xəmir alınır. Sonra həmin xəmiri yağla birgə qazana tökürlər və qazanı odun üstünə qoyaraq halva əmələ gələnə qədər qarışdırırlar. Halva hazır olana yaxın təmizlənmiş badam (fındıq da olar), döyülmüş mixək, istiot, qoz və başqa ədvalar əlavə edirlər. Alınmış kütləyə doşab (bəhməz) əlavə edilərək içərisinə badam ləpəsi qoyulmuş kürəciklər düzəldirlər. Ortasında badam ləpəsi qoyulmuş kürəciklər üzümüzə gələn ildə bolluq, var-dövlət olacağı barədə qabaqcadan xəbər verir. Sonra həmin kürəciklər qohumlar və qonşulara pay verilir.

Hamar çay daşı ilə səməni halvası:

Buğdanı (ya arpanı) soyuq su ilə yuyur, 3 həftə ərzində şirəli bərnilərdə, küplərdə (indi emallı qablarda) üç gün islağa qoyurlar. Dənlər şişəndə suyunu süzür, şişmiş dəni 1 sm qalınlığında düz ocaq sininin üzərinə sərir, üzərinə cuna çəkirlər. 3-4 gün ərzində isti, işıqlı bir otaqda saxlayır, hərdən üzərinə su səpirlər. Səməni yetişib 1.5 sm rişələr verəndə onu ağac həvəngdə döyüb əzirlər. Alınmış kütləyə 3 dəfə su qarışdırıb süzürlər. Hər dəfə süzülən suyu, məti ayrı qaba süzür, bir-biri ilə qarışdırmırlar. Qazanı ocağa qoyur içərisinə həcmindən asılı olaraq yağ tökür, qazanın qıraqlarını, iç üzünü yağlayırlar. Sonra səməninin birinci suyunu tökür, üzərinə un əlavə edib, tam həll olana qədər qarışdırırlar. Bu kütlə qaynayanda ikinci suyunu, o da qaynayanda üçüncü suyunu əlavə edir, vam odda hazırlayırlar. Səməni hazır olanda qəhvəyi rəng alır, gözəl ətir verir. Üzərində partlayan qabarcıqlar əmələ gələndə oddan götürürlər. Yanmasın deyə qaynadılmış 10-12 ədəd hamar çay daşını qazanın içinə atırlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here