Home HƏKİM MƏSLƏHƏTİ Cinsi aktivliyi artırmaq üçün nə etməli?

Cinsi aktivliyi artırmaq üçün nə etməli?

3000
0
SHARE

Əziz oxucular, artıq yeni rubrikamızda “Sağlam ailə” tibb mərkəzinin mütəxəssisləri sizin sağlamlıqla bağlı bütün suallarınızı cavablandıracaqlar. Bunun üçün səhhəttinizlə bağlı sizi narahat edən bütün sualları facebook səhifəmizə (http:// fb.com/kishikimi ) göndərməyiniz kifayətdir. İstədiyiniz halda anonimliyinizin qorunacağına tam əmin ola bilərsiniz.

Bu isə 03-10 oktyabr 2014-cü il tarixinə qədər bizə ünvanlanan suallar və onlara verilən mütəxəssis cavablarıdır.

1. Oxucu sualı: Salam mənim spermamın aktivliyi zəifdi 55%. Necə edim ki aktivlik çox olsun? Bunun üçün təbii müalicə varmı?

1. Həkim cavabı: Sizin sperma aktivliyinin faizi norma daxilində olduğu üçün narahat olmağınıza səbəb yoxdur. Sperma aktivliyinin bu faizdə olması sizi narahat edirsə və bunun üçün hər hansı bir müalicə almaq istəyirsinizsə, ilk öncə həkim androloqa müraciət edə bilərsiniz və lazım olarsa, yalnız konsultasiyadan sonra sizə müalicə təyin oluna bilər.

2. Oxucu sualı: İki həftədən sonra toyumdu. Mensturasiya vaxtı həmişə 4-5 gün böyrəklərim ağrıyır, sancılar olur. Bacımda da belə olmuşdu. Evlilikdən sonra 2 il müalicə olundu, çətinliklə uşaq sahibi oldu. Bunun səbəbi nə ola bilər? Həmin o dediyim böyrək ağrıları, sancılar bunun səbəbi ola bilərmi?

2. Həkim cavabı: Siz probleminizə uyğun ginekoloji və uroloji müayinələrdən keçməlisiniz. Yalnız həkim konsultasiyasını keçdikdən sonra bu problemin dəqiq səbəbini bilmək olar. Ola bilər ki, problem böyrəklərlə deyil, yumurtalıqlarla əlaqəlidir və sadəcə ağrının şaxələnməsinə görə siz ağrıları böyrəklərdə hiss edirsiniz.

3. Oxucu sualı: 21 yaşım var. 3-4 ay olar ki, saçlarımın töküldüyün hiss edirəm. Şampun səbəb ola bilər deyə fikirləşib şampunumu dəyişdim, amma çarə olmadı. Bəs səbəbi nədi?

3. Həkim cavabı: Saç tökülməsinin səbəbi müxtəlif ola bilər. Məsələn, hormonal sisteminin disfunksiyası və ya sinir sisteminin hər hansısa bir problemi, eyni zamanda hər hansısa bir dermatoloji problem ola bilər. Sizdə olan saç tökülməsinin tam dəqiq səbəbini aydınlaşdırmaq üçün ilk öncə həkim-dermatoloqa (trixoloqa) yaxınlaşmağınız məsləhət görülür. Yalnız həkimin konsultasiyasından sonra sizə hər hansı bir müalicə təyin etmək olar.

4. Oxucu sualı: Salam, mənim 23 yaşım var. İntim münasibət zamanı ilk 3-5 dəqiqədə boşalıram, elə də olur ki, yatdığım yerdə boşalıram. Bunun səbəbi nədir? Müalicə forması varmı?

4. Həkim cavabı: Sizin probleminizin səbəbi müxtəlif olduğundan daha yaxşı olar ki, siz ilk öncə həkim androloqa müraciət edəsiniz. Şikayətləriniz əsasında və həkimin təyin etdiyi müayinələrin nəticələrinə uyğun sizə hər hansı bir müalicə təyin etmək olar.

5. Oxucu sualı: 32 yaşım var. Dərim həddindən artıq yumuşaq olub həmişə. İndi isə gözümün yanlarında , alnımda qırışlar həddindən artıq çoxalıb, Deyirlər tək çarə botoksdu, amma elətdirmk istəmirəm. Doğurdan da başqa müalicə yolu yoxdu?

5. Həkim cavabı: Sizin problemə uyğun olaraq müalicə mümkündür. Amma bunun üçün ilk öncə həkim kosmetoloqa müraciət etməyiniz və yalnız müayinədən sonra problemə və qırışların yaranma səbəbinə uyğun həkim tərəfindən hər hansı bir müalicə təyin etmək olar.

6. Oxucu sualı: Bizdə demək olar ki, nəsilin bütün kişiləri prostat xərçəngindən əziyyət çəkib. Bu xəstəlik hətta bəzilərinin ölümünə səbəb olub. Eşitmişəm ki, prostat gendən ötürlən xəstəlikdi. Bunun məndə də olma ehtimalı nə qədərdi? Bundan qorunmaq üçün nə etməliyəm?

6. Həkim cavabı: Prostat vəzi xərçənginin profilaktıkası üçün bir neçə skrininq metodlar var. Bunlardan PSA ümumi və sərbəst, androloji ultrasəs müayinələr və s. qeyd etmək olar. Daha dəqiq bir cavab almaq üçün həkim androloqa müraciət etməyiniz məsləhət görülür.

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here