Home Manset Bu smartfon digərlərindən daha sürətli enerji toplayır

Bu smartfon digərlərindən daha sürətli enerji toplayır

196
0
SHARE

Çinin qabaqcıl smartfonunun batareyası 30 dəqiqə ərzində 53%, 1 saat müddətində isə 100% enerji ilə doldurulub.

Məlum olub ki, “OnePlus 5T” smartfonu rəqiblər arasında ən sürətli enerjidoldurma funksiyasına malikdir. Qabaqcıl smartfon 1 saat ərzində 100% enerji toplayıb.

Kişi Magazine ICTnews-a istinadən yazır ki, sınaqlarda iştirak edən bütün modellər sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Smartfonları enerji şəbəkəsinə qoşduqdan 30 dəqiqə və 1 saat sonra akkumulyatorun enerji səviyyəsini yoxlayıblar. “OnePlus” smartfonu 30 dəqiqə ərzində 53%, 1 saat müddətində 93% enerji toplayıb ki, bu da ən yaxşı göstərici hesab edilib. Ən yaxın rəqiblər olan “LG V30” və “iPhone X” həmin vaxt ərzində müvafiq olaraq 53% və 68%, 50% və 81% enerji toplayıblar.

“Samsung Galaxy Note 8” smartfonu sınaqlarda sonuncu yeri tutub. Belə ki, 30 dəqiqə müddətində smartfonun batareyası yalnız 35% enerji toplayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here