Home İDMAN Bu gün “Qarabağ” Bakıda “Arsenal”ı qəbul edəcək

Bu gün “Qarabağ” Bakıda “Arsenal”ı qəbul edəcək

736
0
SHARE

Oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları çərçivəsində “Qarabağ” komandası İngiltərənin “Arsenal” klubunu qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:55 başlayacaq. oyunu İtaliyadan hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

E qrupun digər oyunu Ukraynada oynanılacaq. “Vorskla” klubu Portuqaliyanın “Sportinq” komandasını qəbul edəcək.

İlk turda “Arsenal” “Vorskla”nı (4:2), “Sportinq” isə “Qarabağ”ı (2:0) məğlub etmişdi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here