Home KİŞİ BİLMƏLİDİR Bu əşyaları hamamda saxlamayın

Bu əşyaları hamamda saxlamayın

393
0
SHARE

Şəxsi gigiyenamız üçün hamam olduqca önəmli bir yerdir. Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətin olur. Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir. Kişi Magazine Ailem.az-a istinadən sizə hamamda saxlamayacağınız əşyaların siyahısını verir.

Diş fırçası 

Aparılan araşdırmaya əsasən, hamamda saxlanılan diş fırçalarının üzərində 60 faiz qalıq maddələr tapılıb. Bu isə nə qədər təmizkar olsanız da, hamamda yaranıb artan bakteriyalara əngəl ola bilmədiyiniz anlamına gəlir.

Prezervativ

İstiliyə və nəmə məruz qalmaq prezervativə zamanla zərər verərək təsirini azaldır. Buna görə prezervativləri saxlamaq üçün ən uyğun yer hamam otağı yox, bir dolabdır.

Ətir

Uzun müddət hamamda qaldığı üçün ən sevdiyiniz ətrinizin qoxusu dəyişə bilər. Həddindən çox istilik və buxar ətirdə dəyişimə səbəb olur.

Təraş bıçaqları

Təraş bıçaqlarını hamamda saxlamaq demək olar ki, hər kəsin vərdişidir. Ancaq bu alışqanlığınızdan dərhal vaz keçməlisiniz. Çünki bu, dəri sağlamlığınıza, həm də təraş bıçaqlarının qısa zamanda paslanmasına səbəb olar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here