Home KİŞİ NEWS Böyükağa Hacıyev vəfat etdi

Böyükağa Hacıyev vəfat etdi

117
0
SHARE

“Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib.

Kişi Magazine-nin Qol.az-a istinadən verdiyi xəbərə görə, tanınmış məşqçi bu gün dünyasını dəyişib. B.Hacıyevin ailəsindən məlumatı təsdiqləyiblər. Mərhumun bu gün Keşlə qəbiristanlığında dəfn olunacağı gözlənilir.

B.Hacıyev fevralın 8-də infarkt keçirmişdi. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stent qoyulmuşdu. Bundan başqa, B.Hacıyev bir neçə il əvvəl Moskva şəhərində beyin əməliyyatı keçirmişdi.

2018-ci ilin aprelin 20-də 60 yaşı tamam olacaqdı.

Allah rəhmət eləsin!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here