Home HƏKİM BABA Boğaz ağrısına qarşı 6 TƏBİİ VASİTƏ

Boğaz ağrısına qarşı 6 TƏBİİ VASİTƏ

220
0
SHARE

Qış fəslini təbii ki, qarsız təsəvvür etmək mümkün deyil. Çox keçməz qar qapımızın ağzını alacaq. Əslində Günəşin “yalançı” parıltısına aldanmayın, havanın qəfil soyumasına hazır olmaq lazımdır. Soyuq hava özü ilə bərabər xəstəliklər də gətirir. Bəs immunitet sistemimizi xəstəliklərdən necə qoruyaq? Kişi Magazine Aile.lent.az-a istinadən türkiyəli mütəxəssislərin məsləhət gördüyü təbii vasitədən söz açır.

Cökə

Qrip deyiləndə ağıla gələn bitkilərdən biri cökədir. Araşdırmalar cökənin tərkibindəki bəzi komponentlərin (flavonoidlərin) iltihabı aradan qaldırdığını və ağrıkəsici təsir göstərdiyini, bəzi komponentlərin isə boğazı yumşaldaraq, soyuqdəymə şikayətlərini yüngülləşdirdiyini sübut edib.

Adaçayı

Soyuq qış günlərində ən çox şikayət edilən xəstəliklər sırasında ilk yeri ağız və boğaz iltihabları tutur. Adaçayı yarpaqları tərkibindəki uçucu komponentlər sayəsində ağız və boğaz iltihablarını aradan qaldırmağa kömək edir. Qaynatmadan, çay şəklində hazırlanan adaçayının qarqara olaraq istifadə edilməsi bu xəstəliklərdən qorunmağı asanlaşdırır.

Mixək

Mixək hər mətbəxdə tapılan ədvadır. Boğazın selikli qişasına qarşı möcüzəvi xüsusiyyətləri var. Tərkibindəki uçucu maddələr sayəsində mixək bakteriya və viruslara yol açan ağız, boğaz infeksiyalarında antiseptik və ağrını yüngülləşdirən vasitə kimi istifadə edilir. Mixəyin çaya qatılaraq içilməsi və suda qaynadılaraq qarqara edilməsi də məsləhət görülür.

İri istiot

İri istiot dənəcikləri ilə hazırlanan çay qarqara formasında istifadə edildikdə boğaz infeksiyalarının qarşısını alır və yüngülləşdirməyə kömək edir. Araşdırmalar sübut edib ki, iri istiot dənələri immunitet sistemini nizamlayır, spazmları aradan qaldırıcı təsirə malikdir.

Zəncəfil

Güvənə biləcəyiniz ədvalar silsiləsinə aid olan zəncəfilin çox sayda faydası var. Bir çox ölkələrin mətbəxində müxtəlif vasitələrlə istifadə edilir. İllərdir soyuqdəymə və öskürəyə qarşı təsiri olan zəncəfil həzm sistemi narahatlıqları üçün də olduqca faydalıdır.

Çobanyastığı

Nəfəs yolu xəstəliklərinə qarşı təsiri olan digər bitki isə çobanyastığıdır. Bu bitki immunitet sistemini dəstəkləyir və bədəni soyuqdəyməyə qarşı qoruyur. Tərkibində çobanyastığı olan məhsul soyuqdəyməyə səbəb olan virusları öldürücü təsirə malikdir. Virusların səbəb olduğu iltihabı daim nəzarətdə saxlayır, boğaz və ağciyərlərdə yarana biləcək problemlərin qarşısını alır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here