Home KİŞİ NEWS Bir kişinin sizə aşiq olduğunu göstərən 6 davranış

Bir kişinin sizə aşiq olduğunu göstərən 6 davranış

269
0
SHARE

Kişilər və qadınların duyğularını fərqli formalarda ifadə etmələri sirr deyil. Bu məqaləmizdə isə qadınları nəzərə alıb aşiq olan kişilər haqqında yazdıq.

Aşiq olan bir kişi nələr edirmiş bir yerdə oxuyaq.

1. Gündəlik şeyləri səninlə etməkdən xoşu gələr.

Sıxıcı və məcburi işlər, həyatımızın bir hissəsidir. Banka getmək, kommunal xidmətlərin ödənişi və ərzaq alarkən və s. kimi şeyləri səninlə birlikdə etməkdən xoşu gəlirsə, səni həqiqətən də sevir deməkdir.

2. Səni sevindirmək üçün yemək hazırlayar.

Bir adam səni xoşbəxt etmək üçün yemək hazırlayırsa, bu həqiqətən də sevgidir. Kişilər üçün yemək bişirmək asan deyil və bunu sənin üçün edirsə, doğru adamı tapmısan deməkdir!

3. Səfərlər, planlar və mühüm tarixləri heç vaxt unutmaz.

Kişilər özbaşına hərəkət etməyə öyrəşiblər və təəssüf ki, qadınlar hər şeyi buna görə planlaşdırmaq məcburiyyətində qalırlar. Ancaq sevgililər bu həqiqəti nəzərə alar və sizə gözəl sürprizlər edərlər.

4. O, hər zaman sənin gözəl olduğunu düşünür.

Bir çox qadın, üzündə ləkələr olduğunu, göz altında halqalar əmələ gəldiyini və bunun kimi bir çox gözəlliyinə təsir edən şeylər yaşadığını düşünür. Sevgi dolu bir adam, gözəlliyiniz haqqında heç bir şeyi dərd etməz çünki o, sizi görünüşünüzə görə sevməz.

5. O, sizin üçün hər şeyi fəda etməyə hazırdır.

Əgər planlarını sizi xoşbəxt etmək üçün dəyişdirirsə, bu həqiqi sevginin əlamətidir. Bunu edərək, ən böyük üstünlüyünün “siz” olduğunuzu göstərir.

6. Zəif görünməkdən qorxmaz.

Kişilər, zəif cəhətlərini göstərməkdən çəkinirlər. Amma həqiqətən sizi sevirsə, duyğusal bir film izləyərkən, ya da yorulduğunu etiraf edərkən bir göz yaşı tökməkdən qorxmayacaq. Əsl əhəmiyyətli olan, sizi itirməkdən qorxduğunu etiraf etməkdən qorxmamasıdır çünki əsl zəifliyi və gücü sizsiniz.

Mənbə: kenquru.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here