SHARE

Almaniyanın Bonn universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.
Kişi Magazine Ölkə.Az-a istinadən xəbər verir ki, bəzi insanların çox çətinliklə arıqlama səbəbi məlum olub. Alimlərin fikrinə əsasən, bütün məsələ orqanizmin müdafiə mexanizmi ilə bağlıdır. Orqanizmə daxil olan qidanın qəflətən azalması ciddi infeksiya kimidir. İmmunitet sistemi mübarizəyə başlayır.

Tədqiqatçıların fikrinə əsasən, uzun illər müəyyən qidalanma tipi hüceyrələri və genlərin müəyyən hissəsini yenidən “proqramlaşdıra” bilir. Sağlam qidalanmaya keçid isə stresə səbəb olur. Orqanizm isə bunu təhlükə kimi qəbul edir.
Alimlər bildirirlər ki, pəhriz seçimi zamanı bütün lazım olan analizləri vermək lazımdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here