Home İDMAN “Beşiktaş”ın rəqibi müəyyənləşdi – “Qarabağ”

“Beşiktaş”ın rəqibi müəyyənləşdi – “Qarabağ”

1284
0
SHARE

Türkiyənin “Beşiktaş” klubunun Azərbaycanda yoldaşlıq oyunu keçirəcəyi rəqib müəyyənləşib.

İstanbul təmsilçisi “Qarabağ”la qarşılaşacaq. Bu haqda Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.

Onun sözlərinə görə, hələlik oyunun keçiriləcəyi tarix dəqiqləşməyib: “Bugünlərdə danışıqlar üçün “Beşiktaş” klubunun idarə heyətinin üzvü Gökhan Sarı və klubun daha bir rəsmi nümayəndəsi Umut Kutlu Azərbaycana gələcək. Onunla görüşümüz olacaq. Bundan sonra da matçın vaxtı müəyyənləşəcək”.

Klub rəsmisi “Qarabağ”la yoldaşlıq oyunu təklifinin “Beşiktaş”dan gəldiyini də bildirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here