SHARE

Şotlandiyanın Sent Endryus universitetinin alimləri təlim keçdikləri qatil balinaya insanların işlətdiyi kəlimələri tələffüz etməyi öyrədiblər.

Kişi Magazine Ölkə.Az-a istinadən xəbər verir ki, Viki adlı dişi balina hava dəliyi üzərindən “Salam” və “Gülə-gülə” sözlərini deyə bilir. Ona xidmət edən şəxsə isə “Emi” deyə xitab edir. 16 yaşlı Viki 3-ə qədər saya bilir.

Fransanın Antibes şəhərindəki dəniz parkında saxlanılan Viki insanları təqlid edən ilk qatil balinadır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here