SHARE
“Çətin oyun oldu. Futbolçulardan çox şey tələb edə bilməzdim. Hamısından razı qaldım. Meydanda çox düşündülər. Rəqib pressinq edirdi. Lakin daha çox müdafiədən oynadılar. Bütün oyunçulardan razı qaldım. Futbolçular fərdi qaydada öz üzərlərində çalışmalıdırlar. Bakıya qayıtdıqdan sonra da fərdi söhbətlər edəcəm. İndi zəif komanda yoxdur. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməlidir”.

Kişi Magazine Ölkə.Az-a istinadən  xəbər verir ki, bunu Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsində Moldova yığması ilə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib.

Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Baş məşqçi kimi üzərinizdə təzyiq var idi?

– Psixoloji təzyiq həmişə olur. Oyun zamanı isə hamısı yaddan çıxır.

– Abbas Hüseynov bu gün çox güc sərf elədi. Bu nə ilə bağlıdır? Sanki daha hazırlıqlı görünürdü..

– Qış hazırlığı zamanı oyunçuların hazırlığı dəyişə bilər. Hər futbolçu məşqləri fərqli qəbul edə bilər. Ona şans verilib, yəqin bu şansdan yaxşı istifadə etmək istəyib. İstəyirəm ki, o, yaxşı futbolçu olsun. Son illərdə qeyri-sabit oyun sərgiləyib. Bu gün onun oyunundan razı qaldım. Ancaq bu tempi qoruyub saxlamalıdır. Məncə, özünü bir az da inkişaf etdirməlidir.

– Əvəzetmələrin az olmasına səbəb nə idi?

– Oyundan öncə 6 dəyişikliklə bağlı razılığa gəldik. Buna görə, bütün heyəti dəyişmədim.

– Rəqib baş məşqçi onların daha çox qol fürsətləri olduğunu dedi…

– Bəli, onların qol fürsətləri oldu. Əsasən standart vəziyyətlərdən qol şansı qazanmışdılar. Onların yaratdığı epizodlar bizim diqqətsizliyimizin nəticəsi idi. Yəqin komandasının oyunundan razı qalıb. Futbolçuları onun tapşırıqlarını yerinə yetiriblər.

– Rəqib müdafiədən oynayırdı. Millətlər Liqasındakı rəqiblərin səviyyəsini nəzərə alsaq, bu cəhətdən çətinlik olmayacaq ki?

– Bəli, çətin olacaq. Bu gün bütün komandalar müdafiə oluna bilir. Rəqibi analiz etmək o qədər də çətin deyil. Bu cəhətdən Millətlər Liqasında da çətin olacağını bilirik. Ancaq bunun üzərində çalışmalıyıq.

– Rəqibin heyətində “Qarabağ” üçün gözaltı etdiyiniz oyunçu olmadı ki?

– Yox, daha çox öz futbolçularıma baxırdım.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here