SHARE

Portuqaliya və Hollandiya komandaları arasında keçirilən yoldaşlıq görüşü zamanı maraqlı hadisə baş verib.

Kişi Magazine Oxu.Az-a istinadən xəbər verir ki, oyun zamanı azarkeşlərdən biri meydançaya çıxaraq portuqaliyalı hücumçu Kriştianu Ronalduya yaxınlaşıb və onu öpüb.

Sonradan azarkeşin Bosniya və Herseqovinada doğulan, hazırda İsveçrədə yaşayan və işləyən məşhur komik Samir Alikin olduğu məlum olub.

Portuqaliya – Hollandiya yoldaşlıq görüşü narıncıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hollandiyalıların heyətindən Memfis Depay, Rayan Babel və Vircil van Deyk fərqlənib.

Kriştianu Ronaldu matçın 68-ci dəqiqəsində əvəzlənib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here