Home KİŞİ NEWS ASAN Könüllüləri və Coca-Cola qadınlar üçün yeni proqrama start verib

ASAN Könüllüləri və Coca-Cola qadınlar üçün yeni proqrama start verib

76
0
SHARE

Bu gün ASAN Könüllülərinin və Coca-Cola Fondunun birgə təşkilatçılığı ilə ASAN İnkişaf Modeli- Qadınlar üçün AIM – W (ASAN Improvement Model for Women) layihəsinin açılış mərasimi baş tutub.

Qadınların işgüzar inkişaf platforması olan AIM – W layihəsinin məqsədi Azərbaycanda  qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, AIM-W 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

Layihə Gəncə, Qəbələ, Quba, Mingəçevir, Sumqayıt və Şəki iqtisadi zonlarını əhatə edəcək. Layihə çərçivəsində həmin ərazilərdə yaşayan qadın və qızlar üçün turizm sahəsində sahibkarlıq imkanları və karyera üzrə təlimlər keçiriləcək. Təlimdən sonra da təlimçilər iştirakçılara mentorluq edəcək, onların ideyalarına dəstək olacaqlar.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edir.

Açılış mərasimində iştirak edən “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib ki, layihənin əsas üstünlüyü təlimlərdən sonra da qadınlara dəstək göstərilməsidir:

“Coca-Cola şirkəti fəaliyyət göstərdiyi 200-dən çox ölkədə cəmiyyətin sosial rifahı üçün müxtəlif təşəbbüslərə və layihələrə dəstək olur. Dəstəklədiyimiz önəmli prioritetlərdən biri isə qadınların inkişafıdır. ASAN Könüllüləri ilə birgə tərəfdaşlığımız nəticəsində həyata keçirdiyimiz bu layihə region qadınlarının peşkar inkişafı və onların turizm sahəsində sahibkarlıq fəaliyyətinə cəlb olunmasına xidmət edir. Azərbaycanın geniş turizm potensialını nəzərə alaraq qadınların məhz bu istiqamətdə yeni imkanlar əldə edəcəklərinə inanırıq. Bu layihə həm qadınların inkişafına, həm də regionlarımızda turizm sahəsinə töfhədir”.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli isə regionlarda layihənin başlamasını səbrsizliklə gözləyən qadınların olduğunu və müraciət edənlərin aktivliyinin müşahidə edildiyini diqqətə çatdırıb:

“ASAN Könüllüləri olaraq daim vətəndaşlara yeni imkanlar yardılması üçün çalışırıq. AİM-W da növbəti imkanlardan biridir və inanırıq ki, layihə iştirakçı hər bir qadın üçün yararlı olacaq. Tezliklə, regionlarımıza səfər edəndə məhz qadın sahibkarların yaratdığı turizm fəaliyyətlərindən yararlanacağımızı düşünürəm”.

Açılış mərasimində iştirak edən Dövlət Turizm Agentliyinin sektor müdiri Hüseyn Həsənov və Beynəlxalq mütəxəssis Işın Keskin Şahan da çıxışlarında layihənin əhəmiyyəti və qadınların inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.

Layihə çərçivəsində ilk təlim 16-21 oktyabrda Mingəçevir ASAN xidmət mərkəzində baş tutacaq.

Qeyd edək ki, 2017-ci ildən etibarən ASAN könüllüləri və Coca-Cola Fondu tərəfdaşları ilə birlikdə Gəncə, Masallı və Qəbələdə  yaşayan qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün “Uğurlu qadın uğurlu gələcək layihəsi” icra etmişdir. Layihə çərçivəsində bu ərazilərdə yaşayan 312 nəfər qadın və qızlar turizm sahibkarlığı mövzsunda təlimlərə qoşulmuşdur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here