Home KİŞİ NEWS ASAN könüllüləri polis əməkdaşlarına antiseptik vasitələr və tibbi maskalar təqdim ediblər

ASAN könüllüləri polis əməkdaşlarına antiseptik vasitələr və tibbi maskalar təqdim ediblər

257
0
SHARE

ASAN könüllüləri 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə postlarda və şəhərdə xidmət aparan polis əməkdaşlarına antiseptik vasitələr və tibbi maskalar təqdim ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Birlikdəyik” layihəsi çərçivəsində həyata keçirilən aksiyanın məqsədi COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə aparmağa dəstək verməkdir.

Qeyd edək ki, “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondu COVID-19 pandemiyası dövründə əhaliyə yardım etmək və maarifləndirmə işləri aparmaq məqsədilə “Birlikdəyik” layihəsini həyata keçirir. Hazırda 4 istiqamət icra edilən həmin sosial layihə çərçivəsində əhaliyə qida yardımlarının çatdırılması, antiseptik vasitələrin paylanılması, karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların təqdim olunması, eyni zamanda, sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılması nəzərdə tutulur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here