Home İDMAN Ardanın “Başakşəhər”dəki qazancı açıqlandı

Ardanın “Başakşəhər”dəki qazancı açıqlandı

267
0
SHARE

Türkiyənin “Başakşəhər” klubu yeni transferi Arda Turanı ictimaiyyətə təqdim edib.

Kişi Magazine Qol.az-a istinadən yaydığı xəbərə görə, Türkiyə millisinin üzvü təqdimetmə mərasimində 2.5 illik müqaviləyə qol çəkib.

İstanbul klubunun “Barselona”dan icarəyə götürdüyü 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər 2 milyon, növbəti mövsüm 4 milyon avro qazanacaq. Klubun prezidenti Göksel Gümüşdağ bildirib ki, icarəyə görə “Barselona”ya pul ödənilməyəcək.

Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında “Atletiko”dan “Barselona”ya keçən türkiyəli futbolçu bu mövsüm Kataloniya klubunda heç bir rəsmi oyuna çıxmayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here