SHARE

“Apple” şirkəti foto şəkillərlə obyektlərin tanınması texnologiyasında ixtisaslaşmış “Regaind” startapını satın alıb.

“Kişi Magazine” Bizplus.az-a istinadən xəbər verir ki, “Apple” nümayəndələri rəsmi olaraq yeni startapı aldıqlarını elan ediblər.

Onların sözlərinə görə, “Regaind” şəkillərdəki əşyaların tanınması üçün əlavənin yaradılmasına səbəb olacaq.

Texnologiya nəhəngi rəhbərliyinin fikrincə, bu, “Apple” cihazlarının istifadəçiləri üçün müəyyən məlumatların axtarışını asanlaşdıracaq. Analitiklər əmindir ki, “Apple”də hər şeyi açıqlamırlar. Mütəxəssislər hesab edirlər ki, obyektlərin şəkillər üzrə tanınması ilə bağlı şirkətin irimiqyaslı planları mövcuddur. Mümkündür ki, “Regaind” texnologiyaları “Apple”in öz süni intellektinin tərtibatı və müasirləşdirilməsi üçün istifadə ediləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here