Home HƏKİM BABA Alimlər düzgün yatma qaydasından danışdı

Alimlər düzgün yatma qaydasından danışdı

197
0
SHARE

Gecə yuxusunun müddətinin düzgün şəkildə təyin edilməsi və sirkad ritmlərə (qeyd: gecə ilə gündüzün bir-birini əvəz etməsi ilə əlaqədar müxtəlif bioloji prosesslərin intensivliyində dövri dəyişkənliklər) ciddi şəkildə riayət etmə insanı daha gümrah və sağlam edir.

Kişi Magazine Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ-ın Albert Eynşteyn adına Tibb kollecinin tədqiqatçıları belə bir nəticəyə gəlib.

Yatarkən düzgün pozanın seçilməsi də, az əhəmiyyətli faktorlardan deyil. Baş və boyun nahiyəsinin düzgün mövqedə olması üçün xüsusi yastıqların olması tələb olunur.

Çarpayıda beli üstə yatmağa üstünlük verən insanlara amerikalı ekspertlər yastığı ayaqların altına yerləşdirməyi tövsiyə edir.

Tədqiqatçıların fikrinə görə, yatan zaman ən zərərli mövqe, qarın üstə yatmaqdır. Belə ki, bu zaman insanın daxili orqanları, o cümlədən həzm sisteminin üzərinə böyük təzyiq düşür.

Bundan əvvəl Kaliforniya universitetinin alimləri gecə vaxtı otaqda olan daxili temperaturun artmasının yuxuya mənfi təsir göstərdiyini müəyyən etmişdi.  Araşdırmaya əsasən temperaturda bir dərəcə artım belə, insanda yuxu çatışmazlığına yol açır. Bundan xüsusilə yaşı 65-dən çox olan insanlar əziyyət çəkir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here