Home KİŞİ BİLMƏLİDİR Akvariumda balığı bu cür saxlayın

Akvariumda balığı bu cür saxlayın

197
0
SHARE

Əksəriyyətimiz evdə akvariumda balıq saxlamağı çox sevirik. Onlara qulluq etmək, suyun içərisində necə üzmələrinə saatlarla tamaşa etməkdən doymuruq. Təssüf ki, bir çox hallarda həmin balıqlara evdə düzgün qulluq edilməməsi nəticəsində həyatlarını tez itirirlər. Halbuki akvariumlarda bəslənən balıqlardan ən geniş yayılmışı olan yapon balıqları uyğun bir şəkildə baxıldıqda 10-25 il yaşaya bilirlər. Kişi Magazine Ailem.az-a istinadən sizə Yapon balıqlarının daha yaxşı və uzun yaşamaları üçün edə biləcəyiniz faydalı məsləhətlər verir.

Geniş akvarium alın

Tək bir balığın sağlam şəkildə yaşaması üçün ən az 75 litr su lazımdır. Geniş əhatəli akvariumlarda suyun oksigenlə təması artır. Buna görə də uzun və dar formalı akvarium əvəzinə geniş formalı akvariumlar seçin.

Akvariumu əvvəlcədən hazır edin

Akvariumu filtr, isidici və hava motoru çalışan vəziyyətdə 1 həftə balıqsız saxlayaraq suyunun oturması üçün gözləyin.

Dekorlara diqqət edin

Akvariumunuzu çınqıl və canlı bitkilərlə bəzəyin. İstifadə edəcəyiniz dekorativ bəzəkləri seçərkən mümkün olduğu qədər oyuqlu olmayanlarını seçin. Beləcə, zərərli bakteriyaların inkişaf etməsinin qarşısını alarsınız. Həmçinin bu bəzəklərin, balıqlarınızın üzgəclərinə zərər verəcək iti kənarlarının olmadığından əmin olun. Akvarium içindəki dekorları həm balıqlarınızın üzməsi üçün geniş yer buraxacaq şəkildə, həm də balıqlarınızın istədikləri zaman gizlənmələrinə fürsət verəcək şəkildə yerləşdirin.

Suyun oksigen diffuziyasını artırın

Akvariumun böyüklüyünə uyğun hava təzyiqi və hava daşı bunun için kifayətdir.

Akvariumu təmiz saxlayın

Akvariumu ən az iki həftədən bir təmizləyin. Filtr istifadəsi ideal bir seçim olacaqdır. Çünki yapon balıqları zərərli ammonyak və nitritlərin yaranmasına səbəb ola biləcək həddindən çox tullantı istehsal edir. Əgər filtriniz yoxdursa, akvariumun böyüklüyünə, balıq sayına uyğun olaraq daha tez-tez təmizləməyiniz lazım olacaq. Akvarium bitkiləri isə ammonyak, nitrit və nitratların bir qismini əmməyə yardımçı olacaqlarından tövsiyə edilir.

Akvariumun suyunu dəyişdirərkən balıqları çıxarmağı düşünməyin. Akvarium suyunu tamamən boşaldıb təmizləməkdənsə, balıqlar akvariumda ikən qismən su dəyişiklikləri balıqlarınız üçün daha az stressli bir yoldur.

Mövsüm dəyişdikcə su istiliyinin azalmasına diqqət edin. Yapon balığı 24 dərəcənin üzərindəki istilikdən xoşlanmır. İstiliyin qışda 15-20 dərəcəyə düşdüyü mövsümi dəyişimləri sevir. Yapon balıqları 10-14 dərəcənin altında olan temperaturda yemək yeməməyə başlayırlar.

Balıqlarınızı həddindən çox qidalandırmayın

Yapon balıqlarını öz xüsusi mamırları ilə gündə bir-iki dəfə qidalandırın. Onlara sadəcə bir neçə dəqiqə içində yeyə biləcəkləri qədər qida verin. Əgər verdiyiniz qida suyun üzündə üzürsə, bunun qarşını almaq üçün qidanı suyun içərisində bir müddət saxlayın və sonra akvariuma tökün. Bu, yemə əsnasında balıqların udduğu hava miqdarını azaldır və beləliklə, balıqlarınız üzərkən daha rahat olarlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here