Adını rekordlar kitabına yazdıran kişi

Adını rekordlar kitabına yazdıran kişi

686
0
SHARE

4 il bundan əvvəl Alan Labbe digər gənclərdən heç nə ilə fərqlənməyən adi bir insan idi. İndi isə o Ginnesin rekordlar kitabına adını yazdırmış, öz xarici görünüşü ilə seçilməyi bacaran gəncdir.
Bu gənc digərlərindən o dərəcədə fərqlənir ki, şəhərdə yolla getdiyi zaman digər insanlar ona toxunmağa, həqiqətən də onlar kimi canlı olduğunu yoxlamağa çalşırlar.
Alan Labbenin digər şəxslər tərəfindən bu cür qəbul edilmyinin səbəbi onun qeyri adi saçlarıdır. Belə ki, bu gənc 4 il ərzində saçlarının görünüşündə heç bir dəyişiklik etmədən, kəsdirmədən uzadıb.

alen labbe
Saçının uzunluğu, xarici görünüşünün fərqliliyi ilə adını rekordlar kitabına yazdıran bu gənc daha sonradan mediaya verdiyi müsahibədə bu addımını belə izah edib. “Məşhur olmaq, daha dəqiq desək, məşhur rok ulduzu olmaq mənim çoxdanki arzum idi. Ən azından xarici görünüşcə onlara oxşamaq istəyirdim. Bunun üçün xüsusi heç nə etmədim, sadəcə saçlarımı uzatdım. Mən buna görə saçını uzatmaq istəyən insanlara xüsusi nəsə məsləhət verə bilmərəm, çünki özüm bunun üçün xüsusi nəsə etməmişəm”.

alen labbe 2